SDU-nun rektor müşaviri o oldu

sdu-nun-rektor-musaviri-o-oldu
Oxunma sayı: 6550

Sumqayıt Dövlət Universitetinə yeni rektor müşaviri təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, bu vəzifəyə 33 yaşlı Günay Kazımzadə gətirilib. 

Günay Kazımzadə 2019-cu ildə Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilib. O, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi olub. Eyni zamanda TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır. 

Qeyd edək ki, SDU-nun rektoru Rüfət Əzizovdur.