Əziz Əzizov vətəndaşlarla görüşdü - Fotolar

eziz-ezizov-vetendaslarla-gorusdu
Oxunma sayı: 1686

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, RİH başçısı Əziz Əzizov növbəti dəfə aprelin 26-də 277 saylı körpələr evi-uşaq bağçasında Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb.

Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Əziz Əzizov görüşdə rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, o, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından, onun ölkə xaricindəki işgüzar, rəsmi və dövlət səfərlərindən söhbət açaraq bildirib ki, həmin səfərlər çərçivəsində keçirilən çoxsaylı görüşlər və imzalanan sənədlər ölkəmiz haqqında əsl həqiqətlərin dünya birliyinə çatdırılmasında, həmçinin əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayır.

Azərbaycanın COP 29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.