Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar

abseronda-akademik-zerife-eliyevanin-xatiresi-anildi
Oxunma sayı: 1868

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və İlham Məmmədov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin direktorları, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının parlaq simasıdır. Respublikamızda səhiyyənin inkişafınada və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.

Millət vəkili Aydın Hüseynov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edib və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərib.

Millət vəkili İlham Məmmədov Zərifə xanım Əliyevanın xalqımız tərəfindən xeyirxah, hümanist və ictimai xadim kimi xatırlandığını vurğulayaraq bildirib ki, onun elmi araşdırmalarından bütün dünyada istifadə olunub.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, həmin Xəstəxananın əməkdaşı, Vətən Müharibəsi şəhidi baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti vardır. Qeyd edilib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.

Sonda xalq artistləri İlqar Muradov və Samir Cəfərovun, muğam müsabiqəsi mükafatçısı Leyla Rəhimovanın iştirakı ilə bədii hissə təqdim olunub.