Derbidən qalib ayrılan “Fənərbaxça” oldu

derbiden-qalib-ayrilan-fenerbaxca-oldu
Oxunma sayı: 3140

Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

İstanbul derbisi “Fənər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.

Qonaqlardan isə 82-ci dəqiqədə Cenk Tosun hesabı dəyişib.

Günün digər matçlarında isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşiiər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, hazırda “Qalatasaray” 93 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 89 xalla ikinci pillədə qərarlaşıb.