2 dəqiqəyə 2 qol - “Qarabağ” uduzdu- Yenilәnib

2-deqiqeye-2-qol
Oxunma sayı: 4933

Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, təmilçimiz “Qarabağ” da bu mərhələdə Londonda “Tottenhem”in qonağıdır.

Londonda ilk qolu penalti ilə vurmağı bacaran komandamız öz qapısından 3 qol keçirib. Bunlardan ikisi bir-birinin ardınca-28 və 30-cu dəqiqələrdə vurulub. Hər iki qolun müəllifi isə Sondur. Rəqibin sonuncu qolu 86-cı dəqiqədə Lamela tərəfindən vurulub. Beləliklə, oyun 3:1 “Tottenhem”in xeyrinə başa çatıb. 

Heyətlər:

London. “Uayt Hart Leyn”. Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)

***

“Tottenhem”: 1. Huqo Lloris, 3. Danni Rous, 4. Tobi Alderveyld, 15. Erik Dayer, 16. Kiran Tripper, 27. Kevin Vimmer, 11. Erik Lamela, 17. Andros Taunsed, 20. Dele Alli, 28. Tom Kerol, 7. Son Hunq-Min

Ehtiyat oyunçular: 13. Mişel Vorm, 21. Federiko Fazio, 33. Ben Deyvis, 14. Klinton Nijye, 25. Coşua Onoma, 29. Harri Vinks, 10. Harri Keyn

Baş məşqçi: Mourisio Pokettino

***

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 9. Reynaldo

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Miçel, 67. El Harbi El Jadeoui, 91. Coşqun Diniyev, 90. Samuel Armenteros

Baş məşqçi: Qurban Qurbanov

***

Hakim "Tottenhem"in qapısına penalti təyin etdi. Riçard Almeyda 11 metrlik cərimə zərbəsini uğurla yerinə yetirir. Hesab 1:0 "Qarabağ"ın xeyrinədir. 

***

Oyunun 28-ci dəqiqəsində rəqib komandanın oyunçusu Son komandasının ilk qolunu vurur. Hesab 1:1.

***

Oyunun 30-cu dəqiqəsində rəqibin ilk qol müəllifi yenidən "Qarabağ"ın qapısından top keçirir. 

***

Oyunda ilk hissə başa çatıb. Hesab 2:1 rəqib komandanın xeyrinədir. 

***

Oyunun 86-cı dəqiqəsində "Tottenhem"in futbolçusu Lamela komandasının üçüncü qolunu vurur. Hesab 3:1 rəqibin xeyrinədir.

***

Oyun başa çatır. "Qarabağ" məğlub oldu-hesab 1:3.