Arzusu bu günü görmək idi - Elə toyda öldü-Video

arzusu-bu-gunu-gormek-idi
Oxunma sayı: 2383

Yanvarın 25-i Bakıda keçirilən toy mərasimi zamanı baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, vəfat edən 1951-ci il təvəllüdlü Zeynəb Tağı qızı Dadayeva bəyin nənəsi olub.

İlkin məlumata əsasən, toy başlamazdan 30-40 dəqiqə əvvəl şadlıq evinə gələn qadın sanitar qovşaqda olarkən halı pisləşib və vəfat edib.

Yaxınlarının sözlərinə görə, hadisə ilə bağlı qonaqlara məlumat verilməyib və məclis davam edib. Hətta bəy də nənəsinin vəfatından toyun sonuna yaxın xəbər tutub.

Bildirilib ki, o, şəkər, təyziq xəstəliklərindən əziyyət çəkib və daha əvvəl infarkt keçirib. Nənənin ən böyük arzusu nəvəsinin toyunu görmək olub.

Hadisədən sonra əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub. Vəfat edən şəxsin nəşi elə hadisə yerindən birbaşa morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialda: