“Ermənistan gələn il keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazır hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri və COP17 təşkilat komitəsinin sədri Ambartsum Matevosyan 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, 196 üzv dövlətin hamısına, o cümlədən Azərbaycana tədbirin tarixləri barədə məlumat verilib:
“Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. Bütün üzv dövlətlərə tədbirin tarixləri barədə məlumat verilib. Hələlik rəsmi dəvət göndərilməyib, lakin yaxın gələcəkdə göndəriləcək. Düşünürəm ki, yüksəkvəzifəli şəxslərin və nazirlərin geniş iştirakı olacaq. Hansı ölkələrin təsdiqləyəcəyi, hansılarının təsdiqləməyəcəyi barədə danışmaq isə hələ tezdir”.
Xatırladaq ki, COP17 konfransının 2026-cı il oktyabrın 18-30-da Ermənistanda keçirilməsi planlaşdırılır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri və nazirlərin geniş iştirakı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər