“Meta” şirkəti ilə yanaşı, “TikTok” və “YouTube” platformaları gənclər arasında ruhi sağlamlıq böhranını şiddətləndirməkdə ittiham olunaraq məhkəməyə verilib.
“Qafqazinfo” RT-yə istinadən xəbər verir ki, internet nəhənglərinə qarşı irəli sürülən sözügedən iddialar çoxsaylı məhkəmə çəkişmələrinə yol aça bilər.
Prosesin mərkəzində dayanan əsas hadisə Kaliforniyadan olan 19 yaşlı bir gənc qadının müraciətidir. O, sözügedən platformalardan asılılığın onun depressiyasını daha da ağırlaşdırdığını və intihar düşüncələrinə səbəb olduğunu iddia edir.
Məlumata görə, məhkəmə çərçivəsində Mark Zukerberqin də ifadə verməsi gözlənilir. Lakin “Meta” rəhbərliyinin şirkət məhsullarının istifadəçilərin psixoloji problemlərinə görə məsuliyyət daşımadığını müdafiə edəcəyi bildirilir.
Digər tərəfdən, “Meta”nın sosial mediadan bir həftəlik fasilə verməyin depressiya və narahatlığı azaltdığını göstərən daxili araşdırmaları gizlətdiyi üzə çıxıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də saxta reklamlar və qanunsuz sxemlər vasitəsilə milyardlarla dollar qazanmaqda ittiham olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər