Zelenski Tixanovskaya ilə görüşdü - Foto

zelenski-tixanovskaya-ile-gorusdu
Oxunma sayı: 1038

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

“Qafqazinfo” “Delfi”yə istinadən xəbər verir ki, siyasətçilərin ilk görüşü Litvanın paytaxtı Vilnüs şəhərində keçirilib.

Məlumata görə, görüş zamanı Zelenski Ukrayna, Tixanovskaya isə Belarus dilində danışıblar. Tixanovskaya belarusca danışarkən bəzən Ukrayna dilindəki sözlərdən istifadə etdiyini etiraf edib.

“Belaruslu siyasətçi və prezidentliyə keçmiş namizəd demokratik Belarusa dəstəyinə görə Zelenskiyə təşəkkür edib”, - nəşr yazıb.

V.Zelenski isə S.Tixanovskayanı Kiyevə səfərə dəvət edib.