“Abraham Linkoln” gəmisi Oman sahillərinə yaxınlaşdı

abraham-linkoln-gemisi-oman-sahillerine-yaxinlasdi
Oxunma sayı: 356

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə enerjisi ilə işləyən “Abraham Linkoln” təyyarədaşıyan gəmisi hazırda Oman sahilləri yaxınlığında mövqe tutub.

“Qafqazinfo” “Flightradar24”ə istinadən xəbər verir ki, təyyarədaşıyan gəminin hərəkəti Omandan havaya qalxan “CMV-22B Osprey” tiltrotorunun göyərtəyə eniş etməsi ilə qeydə alınıb.

Yük, poçt və personalın sürətli daşınması üçün nəzərdə tutulmuş uçuş gəminin bölgədəki aktiv fəaliyyətini növbəti dəfə təsdiqləyir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə rəsmi açıqlamasında “Abraham Linkoln”un rəhbərlik etdiyi zərbə qrupunun Hind okeanında tapşırıqlar icra etdiyini bildirib:

“Gəmi heyəti hazırda planlı texniki xidmət işləri aparır və bu, zərbə qrupunun Yaxın Şərqdə olması regionun təhlükəsizliyi ilə sabitliyinə töhfə vermək məqsədi daşıyır”.

Qeyd edək ki, sözügedən hərbi hərəkətlilik fonunda yanvarın 26-da ABŞ Hərbi Hava Qüvvələrinin Texasdakı Robert Qrey aerodromundan Yaxın Şərqə genişmiqyaslı təchizat daşıdığı da məlum olub.