Əhməd əl-Şaraa Moskvaya gedir

ehmed-el-saraa-moskvaya-gedir
Oxunma sayı: 563

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın sabah Moskvaya səfər edəcəyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

Suriya və ya Rusiya hakimiyyəti tərəfindən səfərlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, V.Putin sonuncu dəfə 15 oktyabr 2025-ci il tarixində Moskvada Suriya rəhbəri ilə görüşmüşdü. Bu, Şaraanın 2024-cü ilin dekabr ayının sonunda Bəşər Əsəd rejiminin devrilməsindən bəri prezident kimi Moskvaya ilk rəsmi səfəri olmuşdu.