24 yaşlı gənc dəm qazından boğularaq öldü

24-yasli-genc-dem-qazindan-bogularaq-oldu
Oxunma sayı: 2174

Cəlilabad rayon sakini dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sumqayıtda, Ceyranbatan bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Musa Nazim oğlu Məmişov kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən rayonun Uzuntəpə kəndindən olan Musa ailənin yeganə oğul övladı olub. Onun bacısının həyat yoldaşı şəhiddir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov