31-ci dəfə turnirin bombardiri oldu

31-ci-defe-turnirin-bombardiri-oldu
Oxunma sayı: 1404

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ABŞ çempionatının müntəzəm mövsümünün bombardiri olub.

“Qafqazinfo” xəbər verir ki, “Neşvil”ə qarşı final matçında argentinalı het-trik edərək komandasına 5-2 hesablı qələbə qazandırıb.

38 yaşlı futbolçu çempionatı 29 qolla başa vuraraq qol yarışında ən yaxın rəqibini 5 xal qabaqlayıb. 

Bununla da Messi karyerasında 31-ci dəfə turnirin bombardiri olub.