Ağstafada qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.
1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Sabir Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər