4-5 ay ayağına top dəyməyəcək

4-5-ay-ayagina-top-deymeyecek
Oxunma sayı: 1322

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onun 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki,almaniyalı yarımmüdafiəçi klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə (0:2) ciddi zədə alıb.

Fransa təmsilçisinin qapıçısı Canluici Donarumma ilə toqquşmadan sonra ağır zədə alan 22 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.