Şabran rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.
Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Şabranda azyaşlı qızın ölməsi barədə təfərrüatlar məlum olub.
Lent.az-ın məlumatına görə, Padar kənd sakini olan İsmixanova Fatimə Müzəffər qızı götürdüyü bıçaqla meyvə doğramaq istəyib. O, bıçaqla mətbəx otağına keçən zaman ayağı qapının çərçivəsinə ilişib.
Bədbəxtlikdən qız yıxılarkən əlindəki bıçaq onun sağ boyun nahiyəsini deşib. Nəticədə azyaşlı ölüb.