Qazaxda 74 yaşlı piyadanı maşın vurub öldürdü

qazaxda-74-yasli-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 343

Ötən gün Qazax şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü A.Kazımov saat 17 radələrində idarə etdiyi “BMW” markalı avtomobillə şəhərin Səməd Vurğun küçəsində yolu keçən 1952-ci il təvəllüdlü Faiq İsmayılovu vurub.

Ağır xəsarətlər alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.