Putin Pasxa atəşkəsi elan etdi

putin-pasxa-ateskesi-elan-etdi
Oxunma sayı: 871

Rusiya Prezidenti Vladimir Putin pravoslavların Pasxa bayramı münasibətilə hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

“Qafqazinfo” Kremlin rəsmi veb-saytına istinadən xəbər verir ki, atəşkəs rejimi aprelin 11-i günortadan etibarən qüvvəyə minəcək.

“Pravoslav Pasxa bayramının yaxınlaşması ilə əlaqədar olaraq, 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il günün sonuna qədər atəşkəs elan edilir”, – deyə rəsmi bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də bu təşəbbüslə bağlı mövqeyini daha əvvəl açıqlayıb. Zelenski bildirmişdi ki, rəsmi Kiyev Pasxa bayramı müddətində atəşkəs rejiminə riayət etməyə tam hazırdır.