UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, turnirin bu mərhələsində keçirilən 4 oyunun hamısında meydan sahibləri rəqiblərinə şans verməyiblər.
İspaniyada keçirilən görüşdə “Rayo Valyekano” Yunanıstan AEK-ini darmadağın edib – (3:0)
Günün digər matçlarında da oxşar mənzərə yaşanıb. İngiltərədə “Kristal Pelas” İtaliya “Fiorentina”sını 3 cavabsız qolla yola salıb. Eyni hesabla Arda Turanın sükanı arxasında olduğu Ukrayna “Şaxtyor”u da Niderlandın “AZ Alkmaar” klubuna qalib gəlib.
Almaniyada keçirilən “Maynts” – “Strasburq” qarşılaşması isə ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bu mərhələnin cavab oyunları aprelin 16-da keçiriləcək və yarımfinalçılar həmin gün bəlli olacaq.
Son xəbərlər
Son Xəbərlər