Bu gün səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo aeroportunda yerə enib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “flightradar24.com” xidmətinin məlumatlarına istinadən Rusiya mediası yazıb.
Sözügedən təyyarənin Riqadan Moskvaya yola düşdüyü qeyd olunub.
Hava gəmisinin Riqaya isə ABŞ-nin Merilend ştatında yerləşən Kemp-Sprinqs şəhərindən uçduğu bildirilib.
Son xəbərlər
Son Xəbərlər