ABŞ husilərə dəstək verdiyi iddiası ilə bir şəxsə və üç təşkilata sanksiya tətbiq edəcək. ABŞ Dövlət Departamenti Yəməndə husilərə dəstək verdiyi iddiası ilə bir şəxs və üç təşkilatı sanksiya siyahısına saldığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yazılı açıqlama verib:
“ABŞ bu gün maliyyə yardımını asanlaşdıran və İranın beynəlxalq gəmiçiliyə hücumlarına və Husilərə qarşı sabitliyi pozan digər fəaliyyətlərə şərait yaradan bir şəxs və üç təşkilata sanksiya tətbiq etməyə qərar verdi”.
Açıqlamada adı açıqlanmayan şəxslər və təşkilatların İranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri ilə təmasda olan Səid əl-Camalın göstərişi ilə husilərə milyonlarla dollar vəsaitin çatdırılmasına dəstək verdiyi bildirilib.
Bəyanatda ABŞ-nin İranın Husilərə qeyri-qanuni maliyyə dəstəyinə qarşı mübarizəni davam etdirəcəyi ifadə edilib.