ABŞ İranı Trampa sui-qəsd hazırlamaqda ittiham etdi

abs-irani-trampa-sui-qesd-hazirlamaqda-ittiham-etdi
Oxunma sayı: 1323

ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilir.

“Ədliyyə Nazirliyi İranın Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib”, - məlumatda qeyd olunub.

Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilir ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakeridir. O, hələ də azadlıqdadır və onun İranda olduğu güman edilir.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-də qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.