ABŞ sabahdan Çin mallarına əlavə vergilər tətbiq edəcək

abs-sabahdan-cin-mallarina-elave-vergiler-tetbiq-edecek
Oxunma sayı: 1335

Ağ Ev Çindən gələn məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Evin sözçüsü Karolayn Livit açıqlama verib.

Onun sözlərinə görə, Prezdient Donald Trampın rəsmi Pekinə 34% tarif artımını geri götürməsi ilə bağlı verdiyi vaxt artıq başa çatıb.

Buna görə də, əlavə vergilərin sabahdan etibarən toplanacağını bildirib.