ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı - Fotolar

abs-sefirliyi-avtomobillerini-satisa-cixardi
Oxunma sayı: 413

ABŞ-nin Azərbaycandakı Səfirliyi istifadə edilmiş avtomobillər və müxtəlif əşyalar üzrə internet üzərindən hərrac keçirir.   

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, hərraca bu gün start verilib və noyabrın 18-nə qədər davam edəcək.

Hərracda 2012 və 2013-cü il istehsalı olan “Toyota Land Cruiser” avtomobilləri, müxtəlif məişət əşyaları və avadanlıqları, avtomobillər üçün GPS cihazları, bağ stol-stulları və digər əşyalar yer alıb.