Millimiz Andorraya qarşı - Emin Mahmudovun vida matçı

millimiz-andorraya-qarsi
Oxunma sayı: 215

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra ilə qarşılaşacaq.

Enkampdakı FAF stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı baş hakim Xose Luis Munuera idarə edəcək.

Qeyd edək ki, bu oyun millinin kapitanı Emin Mahmudov üçün Azərbaycan yığmasında vida matçı olacaq. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.

Yoxlama oyunu
16 noyabr

22:00. Andorra – Azərbaycan
Hakimlər: Xose Luis Munuera Montera (İspaniya).
“Estadi de la FAF”.