ABŞ Senatı 95 milyard dollarlıq yardım paketini təsdiqlədi

abs-senati-95-milyard-dollarliq-yardim-paketini-tesdiqledi
Oxunma sayı: 3646

ABŞ Senatı aylarla davam edən siyasi çəkişmələrdən sonra Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq (75,2 milyard funt sterlinq) yardım paketini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

Bildirilib ki, sözügedən paketə Kiyev üçün 60 milyard dollar, İsrailin HƏMAS-a qarşı müharibəsi üçün 14 milyard dollar və Qəzza da daxil olmaqla digər münaqişə bölgələrinə humanitar yardım üçün 10 milyard dollar daxildir.

Qeyd edək ki, qanun layihəsi növbəti mərhələdə Nümayəndələr Palatasına göndəriləcək.