Ceyhun Bayramov danışıqlar üçün Qazaxıstana getdi

ceyhun-bayramov-danisiqlar-ucun-qazaxistana-getdi
Oxunma sayı: 995

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.