Nizamidə Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib - Video - Fotolar

nizamide-heyder-eliyevin-xatiresine-hesr-olunmus-konsert-kecirilib
Oxunma sayı: 3069

Mayın 8-i Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı - Park Bulvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə geniş rayon ictimaiyyətinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, konsertdə RİH başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Konsert proqramında beynəlxalq müsabiqələrin laureatı, Prezident mükafatçısı Mustafa Mehmandarovun dirijorluğu ilə “SCORRENDO” orkestrinin müşayiətində dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayevin əsərləri, Xalq artistləri Samir Cəfərov və Fidan Hacıyeva, Əməkdar artist Arzu Əliyeva, Prezident mükafatçısı Atəş Qarayev tərəfindən Ulu Öndərin sevdiyi xalq mahnıları, dünya klassik musiqisindən nümunələr  səsləndirilib.

Böyük rəğbətlə qarşılanan konsert proqramı alqış sədaları altında, Samir Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.