ABŞ Sülh Şurasına 10 milyard dollar ayıracaq - Tramp açıqladı

abs-sulh-surasina-10-milyard-dollar-ayiracaq
Oxunma sayı: 624

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Qəzza zolağının müharibədən sonrakı bərpası və humanitar yardımlar üçün nəhəng maliyyə paketini elan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp ABŞ-nin bu məqsədlə yeni yaradılmış quruma 10 milyard dollar ianə edəcəyini bildirib.

O vurğulayıb ki, ABŞ ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt birlikdə 7 milyard dollardan çox vəsait ayırıblar:

“Maliyyələşdirmə prosesinə BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi də (OCHA) qoşularaq, əlavə 2 milyard dollar toplayır. Yaponiya da çox böyük bir tədbir olacaq ianə toplama konfransına ev sahibliyi etməyə hazırdır”.

Qeyd edək ki, Sülh Şurası Trampın Qəzza münaqişəsinə son qoymaq üçün irəli sürdüyü geniş sülh planının tərkib hissəsidir və Şuraya şəxsən Prezidentin özü sədrlik edir.