Oğuzhan Uğurun təşkil etdiyi “Saygı 1: Serdar Ortaç” layihəsi çərçivəsində keçirilməsi planlaşdırılan Serdar Ortaç konserti ləğv edilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qərar “Ahbap Dərnəyi” ilə bağlı istintaq çərçivəsində müğənni Oğuzhan Uğurun saxlanılmasından sonra verilib.
Sərdar Ortaç bildirib ki, avqustun 4-də İstanbulun Yenikapı meydanında keçirilməsi nəzərdə tutulan “Saygı 1: Serdar Ortaç” tədbiri baş tutmayacaq.
Bunun əvəzində o həmin tarixdə və eyni məkanda “Serdar Ortaç Konserti” adı ilə səhnəyə çıxacaq.
Müğənni qeyd edib ki, konsertdə sürpriz sənətçi dostları da iştirak edəcəklər.
Xatırladaq ki, Türkiyədə “YouTube” platforması üzərindən yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub. Onunla birlikdə ümumilikdə 8 nəfərin saxlanıldığı qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər