Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günləri Şuşada “Sözün Zəfəri – Zəfərin sədası” adlı konsert proqramı ilə başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, iyulun 18-də Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunan konsertdə Rauf Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa bəstəkarların əsərləri səsləndirilib.
Proqramda eyni zamanda xalq mahnıları ifa olunub, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim edilib.
Əməkdar artistlər Rəşad İlyasov, Babək Niftəliyev, Aqşin Abdullayev, solistlər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Günay İmamverdiyeva, Nurlanə Abdullayeva, Arif Mehmandost, Habil Məmmədov və şagirdləri, eləcə də II Uşaq İncəsənət Festivalının qalibi Mehdi Niftaliyevin ifasında səslənən musiqi nömrələri tamaşaçıların könlünü oxşayıb.
Konsert proqramı doğma yurda qayıtmış şuşalılar və mədəniyyət paytaxtımızın qonaqları tərəfindən alqışlarla qarşılanıb.
Bununla da, daha bir söz-sənət bayramı tarixə qovuşub.













Son xəbərlər
Son Xəbərlər