Abşeronda iftar süfrəsi açılıb - Fotolar

abseronda-iftar-sufresi-acilib
Oxunma sayı: 2321

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Abdin Fərzəliyev çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. Ramazan ayında “Qurani-Şərif”in nazil olduğunu, bu ayda insanların birliyə, vəhdətə, humanizmə, yardıma, bölüşməyə dəvət edildiyini vurğulayan RİH başçısı qeyd edib ki, xalqımız özünün islami dəyərlərini, adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarıb, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub saxlayıb.

RİH başçısı vurğulayıb ki, Azərbaycanı uğurlara aparan və əsası məhz ulu öndər tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmiş, islam dünyasının önəmli bir parçasına çevrilib.

Abdin Fərzəliyev tədbirin aprel döyüşlərinin 8-ci ildönümünə təsadüf etdiyini qeyd edərək vurğulayıb ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən başlayan hərbi əks hücum əməliyyatları aprelin 5-nə qədər davam etmiş və ordumuzun qələbəsi ilə başa çatmışdır. Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıqlar göstərmiş və düşməni hər an əzməyə hazır olduqlarını, döyüş ruhunu bütün dünyaya nümayiş etdirmişdir.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla bütün kənd və qəsəbələrində iftar süfrələri açılır. Bu tədbirlərdə ağsaqqal və ağbirçəklər başda olmaqla yerli camaat iştirak edir.