Ad günü plovunu Azərbaycan musiqisi ilə kəsdirdi - Video

ad-gunu-plovunu-azerbaycan-musiqisi-ile-kesdirdi
Oxunma sayı: 10542

Rusiyanın xalq artisti Qennadi Hazanov 70 yaşı münasibətilə ad günü tədbiri keçirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Safisa” sarayında baş tutan yubiley mərasiminə 200 qonaq qatılıb.

Təntənəli şəkildə keçirilən ziyafətdə Hazanovun ailə üzvləri ilə yanaşı Rusiyanın yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Prezident Vladimir Putin xalq artistini şəxsən təbrik edib.

Putinlə adı birgə çəkilən məşhur gimnast və eks-deputat Alina Kabayeva da qonaqlar sırasında olub.

Qeyd edək ki, qonaqlara plov Azərbaycanın milli musiqisinin sədaları altında paylanılıb.