Təcrübəli ispan müdafiəçi Serxio Ramosun karyerasını İtaliya A Seriyasında davam etdirəcəyi gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, 39 yaşlı futbolçu ilə “Milan” klubu arasında prinsipial razılıq əldə olunub. Hazırda azad agent statusu daşıyan Ramos “rossoneri”yə pulsuz transfer olunacaq. Tərəflər arasında müqavilənin müddəti və illik maaşın detalları ilə bağlı son danışıqlar aparılır.
Xatırladaq ki, ispan müdafiəçinin son klubu bu ilin fevral ayından bəri çıxış etdiyi Meksikanın “Monterrey” komandası olub.
Son xəbərlər
Son Xəbərlər