Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə, maşın yol kənarında olan 4 piyadanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
***
Qəzada xəsarət alanların kimliyi məlum olub.
Belə ki, qəza nəticəsində üçü bacı olmaqla 1979-cu il təvəllüdlü Mələk Rüstəm qızı Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Rüstəm qızı Hümbətova, 1981-ci il təvəllüdlü Məhbubə Rüstəm qızı Zeynalova və 4 yaşlı Etibar Kənan oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18.06.2026-cı il tarixində saat 23:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər