Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırdı

ai-rusiyaya-qarsi-13-cu-sanksiyalar-paketini-razilasdirdi
Oxunma sayı: 1162

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi öz “X” hesabında paylaşıb. 

Məlumata görə, sanksiyalar fevralın 24-ü qüvvəyə minəcək: “Sanksiyalar paketi Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-nə qədər formal olaraq təsdiq ediləcək”.

Bildirilir ki, məhdudiyyətlər Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyata görə tətbiq edilib.