Uşaq evdən 45 min oğurlayıb bağda gizlətdi

usaq-evden-45-min-ogurlayib-bagda-gizletdi
Oxunma sayı: 4205

Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 5000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub. 

Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.

Araşdırma aparılır.