Çində magistral yol çökdü - 19 ölü, 30 yaralı

cinde-magistral-yol-cokdu
Oxunma sayı: 1094

Çinin cənubunda yerləşən Quandun vilayətində yüksəksürətli magistral yolun bir hissəsi çöküb.

“Qafqazinfo” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər həlak olub. 

Xəsarət alan 30 nəfər isə xəstəxanaya yerləşdirilib.