Tbilisidəki aksiyada 63 nəfər saxlanıldı - Video

tbilisideki-aksiyada-63-nefer-saxlanildi
Oxunma sayı: 974

Mayın 1-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib. 

Bildirilir ki, etirazçılar xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq maddələri üzrə saxlanılıblar.

Aksiya zamanı 6 polisin xəsarət aldığı qeyd olunub.

Xatırladaq ki, Gürcüstanda bir neçə həftədir parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etməsinə qarşı etiraz aksiyaları keçirilir. Gürcüstan parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə üçüncü oxunuşda qəbul edilməlidir. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.