Aktyor seçimlərini tənqid etdi

aktyor-secimlerini-tenqid-etdi
Oxunma sayı: 489

Türkiyəli aktyor Caner Cindoruk qatıldığı televiziya proqramında kino və serial sektorundakı seçim meyarlarını tənqid edib.

“Qafqazinfo”nun xəbərinə görə, o, “Dolu TV”də yayımlanan proqramda bildirib ki, son dövrlər layihələrdə istedaddan çox sosial media populyarlığına üstünlük verilir.

Aktyor qeyd edib ki, bu yanaşmanın şahidi şəxsən özü də olub: “Çəkiliş meydanında tez-tez “Onun daha çox instaqram izləyicisi var, onu seçək” kimi yanaşmalarla rastlaşmışam”.

Cindoruk bu tendensiyanı düzgün hesab etmədiyini vurğulayaraq bildirib ki, aktyor seçimində əsas meyar istedad olmalıdır: “Ən çox izləyicisi olanı deyil, ən yaxşı aktyoru seçməliyik”.

Aktyor tamaşaçıların yalnız məşhur simalara maraq göstərdiyi fikri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, izləyicilər artıq keyfiyyətli hekayələrə üstünlük verir: “İnsanlar ulduzlardan bezib. Onlar yaxşı hekayələr izləmək istəyirlər”.

Cindoruk əlavə edib ki, sənayedə tez-tez səsləndirilən “tamaşaçı bunu istəyir” arqumenti reallığı əks etdirmir: “Bu yanaşma tamaşaçını düzgün qiymətləndirməməkdir”.