Ali Lideri seçən Şuranın binası vuruldu - Yenilənib+Video

ali-lideri-secen-suranin-binasi-vuruldu
Oxunma sayı: 2566

ABŞ və İsrail qüvvələri ölkənin dini mərkəzi sayılan Qum şəhərində strateji obyekti hədəf alıblar.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, zərbələr ölkənin növbəti Ali Liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurasının ofisinə endirilib.

Məlumata görə, hücum şuranın yeni rəhbəri müəyyənləşdirmək üçün toplandığı vaxta təsadüf edib. Analoji hücumun ötən gecə Tehranda da reallaşdırıldığı, şuranın paytaxtdakı binasının ciddi ziyan gördüyü bildirilir.

Bu xəbəri rus dilində oxuyun: Избирали верховного лидера, а подверглись удару - ВИДЕО

Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail “Şir nəriltisi”, ABŞ isə “Epik qəzəb” (Operation Epic Fury) adlandırdığı birgə hərbi əməliyyatlara başlayıb.

***

İran dövlət televiziyasının məlumatına görə, hücumlar zamanı binalarda insan tələfatı qeydə alınmayıb.

Bildirilib ki, hərbi əməliyyat təhlükəsi nəzərə alınaraq Tehran və Qumdakı ofislər əvvəlcədən təxliyə edilib.