Aqil Qurbanov yüksək vəzifəyə təyin olundu

aqil-qurbanov-yuksek-vezifeye-teyin-olundu
Oxunma sayı: 20741

Müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, müdafiə nazirinin müavini - baş direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Qurbanov bundan öncə Prezident İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Sail Ağasəlim