Arda Turanla “Bodrumspor” azarkeşləri arasında dava oldu

arda-turanla-bodrumspor-azarkesleri-arasinda-dava-oldu
Oxunma sayı: 3450

Ötən gün baş tutan “Bodrumspor” – “Eyüpspor” matçında gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, meydan sahibi olan “Bodrumspor”un baş məşqçisi İsmet Taşdemirin etirazlarından sonra qırmızı vərəqə alması ilə matçda gərginlik yaranıb.

Tribunadan sahəyə atılan yad əşyalar “Eyüpspor”un baş məşqçisi Arda Turan və köməkçi futbolçu Uğur Demiroka dəyib. Demirok təcili yardımla xəstəxanaya aparılıb.

Matç dayandırılıb və Arda ilə azarkeşlər arasında mübahisə baş verib.

“Bodrumspor”un prezidenti Fikrət Öztürk və "Eyüpspor"un prezidenti Murat Özkaya meydana enərək azarkeşləri sakitləşdirməyə çalışıblar.

Təxminən 15 dəqiqə dayanan qarşılaşma gərginliyin azalması ilə yenidən başlayıb.