Futbol üzrə Amerika Kubokunun final mərhələsi baş tutub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, finalda Argentina milli komandası Kolumbiya üzərində 1:0 hesablı qələbə qazanıb.
Oyunun yeganə qolunu 112-ci dəqiqədə Lautaro Martines vurub.
Matç Mayamidə “Hard Rock” stadionunda keçirilib.