Arvadını baltalayan kişi özünə də xəsarət yetirdi

arvadini-baltalayan-kisi-ozune-de-xesaret-yetirdi
Oxunma sayı: 2604

Lənkəranda ailə münaqişəsi bədbəxt hadisə ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib.

Belə ki, kənd sakini, 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov 1952-ci il təvəllüdlü həyat yoldaşı Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib.

Ş. Məlikov özünə də xəsarət yetirdiyindən hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsin, boyunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov