Tovuz rayon Qovlar şəhərində “Beş ulduz” kafesində qadın bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, bıçaqlanan qadın hamilə olub.
O, xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
***
Polisin keçirdiyi tədbirlər nəticəsində Düz Cırdaxan sakini 2002-ci il təvəllüdlü S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Məmmədzadə saxlanılıb.
Onun bıçaqlanan qadının qardaşı olduğu bildirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər