“Aşk-ı Memnu”nun Bihter və Behlülü yenidən bir arada

ask-i-memnunun-bihter-ve-behlulu-yeniden-bir-arada
Oxunma sayı: 6228

“Aşk-ı Memnu” serialının ulduzları Beren Saat və Kıvanç Tatlıtuğ illər sonra yenidən eyni filmdə rol almaq üçün bir araya gəliblər.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur serialda Bihter və Behlül rollarını canlandıran Beren Saat və Kıvanç Tatlıtuğ artıq yeni film üçün məşqlərə başlayıb. 

Sevgi mövzusunda çəkiləcək yeni film “Netflix”də yayımlanacaq. Film həm İstanbul, həm də New Yorkda çəkilən səhnələrdən ibarət olacaq. İstanbuldakı çəkilişlərin tezliklə başlayacağı bildirilir.