Astana aeroportunda həyəcan siqnalı verildi

astana-aeroportunda-heyecan-siqnali-verildi
Oxunma sayı: 2645

Qazaxıstanın Astana Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət siqnalı verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Həyəcan təbili çalınan zaman, hava limanında eyni zamanda, sərnişinlərdən şəxsi əşyalarına diqqət etmələrini, uşaq və yeniyetmələri nəzarətsiz qoymamalarını, aviasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrini tələb edən anons edilib.

Qeyd olunub ki, fövqəladə vəziyyət siqnalının çalınmasına səbəb sərnişinlərdən birinin özü ilə bağlı zarafat etməsi olub.

Belə ki, o üzərində silah və külli miqdarda narkotik vasitə olması barədə hava limanı əməkdaşlarına yalan məlumat verib.

44 yaşlı kişi yoxlanıldıqdan sonra polisə təhvil verilib.

Həyəcan siqnalının ləğv edildiyi bildirilir.