Atası həbsdə olan rəis Səbaildəki vəzifəsindən azad edildi

atasi-hebsde-olan-reis-sebaildeki-vezifesinden-azad-edildi
Oxunma sayı: 12949

Hazırda həbsdə olan “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Cavid Muradov vəzifəsindən çıxarılaraq Bakının Sabunçu rayonuna polis rəisi təyin edilib.

Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.