“Qafqazinfo” xəbər verir ki, "The İndependent" qəzetinin yazdığına görə, ölkəsinə İkinci Dünya Müharibəsində qələbə qazandıran siyatəçi islam dinindən və Şərq mədəniyyətindən o qədər təsirlənir ki, qohumları onu müsəlman olmaması üçün yola gətirməyə çalışıblar. Bu barədə Çörçilin qardaşı arvadının Qvendolin Bertinin məktubunda bəhs edilib. Məktub 1907-ci ilə aiddir və tarixçi Uorren Dokter tərəfindən Kembric universitetində aşkar edilib. Məktubda xanım Bertinin “xahiş edirəm islama fikir verməyin” müraciəti əksini tapıb.
Qəşet xatırladır ki, Çörçil hələ Sudanda xidmət edərkən məktublarından birində Paşa olmaq istədiyini etiraf etmişdi.
Tarixçi isə qeyd edir ki, Çörçil İslama müraciət etməyə heç vaxt ciddi yanaşmayıb, çünki istənilən halda o hər zaman ateist olaraq qalıb: “Lakin o həqiqətən də, islam mədəniyyəti isə fəxr edirdi”.
Son xəbərlər
Son Xəbərlər